Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyədə Kürdüstan Fəhlə Partiyasının (PKK) təxminən iki minə yaxın yaraqlısı var idi və onların təqribən 20 faizi ölkə ərazisini tərk edib. Bu barədə Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç bildirib.
"Yaraqlıların Türkiyədən çıxması prosesi bir az zəifləyib, lakin dayanmayıb".
B.Arınçın sözlərinə görə, PKK yaraqlılarının Türkiyədən çıxarılması ölkə hökuməti üçün prioritetdir və hökumət sona kimi terrorizm problemi ilə mübarizə aparmaq niyyətindədir.