...

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvanda olub

Siyasət Materials 18 Sentyabr 2013 15:47 (UTC +04:00)
ABŞ Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan sentyabrın 17-18-də Naxçıvana səfər edib.
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvanda olub

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir S.Əhmədova/

ABŞ Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan sentyabrın 17-18-də Naxçıvana səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, D.Hoqan Naxçıvan və regiondakı seçkiqabağı mühit barədə məlumat almaq və Birləşmiş Ştatların azad və ədalətli seçkilərə dəstəyini çatdırmaq üçün Xarici İşlər Nazirliyinin Naxçıvan İdarəsinin rəisi Əsgər İsmayılov, yerli Mərkəzi Seçki Komissiyasının rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

O, həmçinin Xalq Cəbhəsi və Musavat partiyalarının üzvləri ilə görüşüb. O, Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüş istəsə də, cədvəllərin toqquşması səbəbindən görüş baş tuta bilməyib.

D.Hoqan rektor Saleh Məhərrəmovla birgə Naxçıvan Dövlət Universitetinə baxıb və mübadilə proqramları, ingilis dili tədrisi və bir sıra siyasi məsələlər ətrafında tələbələrlə söhbət edib. Müvəqqəti işlər vəkili Düz Dağ Fizioterapiya Mərkəzinə, Nuh sərdabəsinə və Möminə Xatun məqbərəsinə baş çəkərək Naxçıvana səfərini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti