...

Azərbaycan və Peru arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb

Siyasət Materials 25 Sentyabr 2013 13:01 (UTC +04:00)
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Perunun xarici işlər naziri Eda Rivas ilə iki ölkə arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalayıb.
Azərbaycan və Peru arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb

Azərbaycan, Bakı, 25 sentyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Perunun xarici işlər naziri Eda Rivas ilə iki ölkə arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalayıb.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən veridiyi məlumata əsasən, E. Məmmədyarov və E.Rivasın görüşü əsnasında iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycanla bir sıra Latın Amerikası ölkələri arasında əməkdaşlığın inkişaf etdiyini deyən Elmar Məmmədyarov, Peru ilə də müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti