...

Sərdar Cəlaloğlu: Rəsul Quliyev öz günahlarından da danışsın

Siyasət Materials 26 Sentyabr 2013 13:38 (UTC +04:00)
artiya sədrlərini Rəsul Quliyev seçməyib ki, indi də onları istefaya çağırır. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Rəsul Quliyevin müxalifətin istefaya getməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Sərdar Cəlaloğlu: Rəsul Quliyev öz günahlarından da danışsın

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Partiya sədrlərini Rəsul Quliyev seçməyib ki, indi də onları istefaya çağırır. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Rəsul Quliyevin müxalifətin istefaya getməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

S.Cəlaloğlu Rəsul Quliyevin bu cür hərəkətlərinə təəccübləndiyini deyib: "Mən başa düşmürəm ki, Rəsul Quliyev uzun müddət Azərbaycandan kənarda yaşamasına baxmayaraq niyə bu cür hərəkətlər edir. Açığını deyim ki, mən çox təəcüblənirəm".

S.Cəlaloğlunun fikrincə, Rəsul Quliyevin müəyyən insanların seçiminə belə hörmətsizlik etməyə, göstəriş verməyə haqqı yoxdur:

"Mən bunları anlaya bilmirəm. Rəsul Quliyev öz günahlarından da danışsın. Yoxsa hərəyə bir eyib qoyub "mən hamıdan düzgünəm" demək olmaz. Ayının bir sözü var, deyir: "Pis uşaqlarla dostluq eləmə". İndi əslinə baxsan, bu gün Milli Şurada müşahidə etdiyimiz bütün hadisələr ayının dediklərinə əməl etməməkdir. Öz yoldaşlarını düzgün seçməyiblər və ona görə də indi bir-birlərini təhqir edir, alçaldırlar".

Qeyd edək ki, Rəsul Quliyev müxalifətin builki prezident seçkilərini artıq uduzduğunu və onların istefaya getmələrinin zəruriliyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti