Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir S. Ağayeva/
Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri NyuYork-da hər iki ölkə XİN rəhbərləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü zamanı müzakirə edilib. Bu barədə Trend Türkiyənin "Haberler" qəzetinə istinadən bildirib.
Danışıqlar hər iki nazirin BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.
XİN rəhbərləri ikitərəfli münasibətlərlə yanaşı, o cümlədən regional əməkdaşlıq məsələlərini də müzakirə ediblər.