...

Rusiya Dövlət Duması və Federasiya Şurası müşahidəçilərini Azərbaycanda prezident seçkilərinə göndərəcək

Siyasət Materials 3 Oktyabr 2013 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Rusiya Dövlət Duması və Federasiya Şurası müşahidəçilərini Azərbaycanda prezident seçkilərinə göndərəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı parlamentin Alt palatası aparatından İTAR-TASS-a bildiriblər.

Dumanın nümayəndə heyəti partiyalararası prinsip kvotası üzrə formalaşdırılıb. Nümayəndə heyətinə MDB PA-nın Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutski rəhbərlik edəcək.

Missiyanın tərkibinə parlamentdə təmsil olunan bütün partiyaların deputatları daxil olacaq: "Vahid Rusiya"nı ("Единaя Россия")Oleq Lebedev, Hacımet Səfərəliyev, Nadejda Şkolkina, Murad Hacıyev, Zaur Gekkiyev, Svetlana Maksimova və Svetlana Jurova, RFKP-ni (КПРФ) Kazbek Taysayev, RLDP-ni (ЛДПР) İlya Drozdov, "Ədalətli Rusiya"nı ("Справедливая Россия") isə Alla Kuzmina təmsil edəcəklər.

Federasiya Şurasının nümayəndə heyətinə palatanın vitse-spikeri İlyas Umaxanov başçılıq edəcək. Nümayəndə heyətinə, həmçinin palatanın Elm, təhsil, mədəniyyət və informasiya siyasəti komitəsi sədrinin I müavini Viktor Lopatnikov, Federativ quruculuq, yerli idarəetmə və işlər komitəsinin üzvü Nikolay Maksyuta daxil olacaqlar.

L.Slutski bildirib: "Rusiyalı müşahidəçilər gözləyirlər ki, Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri bütün beynəlxalq demokratik norma və standartlara uyğun baş tutacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti