Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar Sumqayıtda görülən abadlıq və quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, abidənin ətrafında xeyli abadlıq işləri görülmüş, yaşıllıq sahəsi artırılmışdır.
İlham Əliyev Sumqayıtda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlmişdir.
