...

QDİƏT ölkələrinin QHT forumu Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 4 Oktyabr 2013 13:24 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin qeyri-hökumət təşkilatları forumu 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərəcək.
QDİƏT ölkələrinin QHT forumu Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Azərbaycan, Bakı, 4 oktyabr / Trend, müxbir S.Əhmədova /

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin qeyri-hökumət təşkilatları forumu 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərəcək. Trend-in məlumatına görə, bu barədə QDİƏT-in Beynəlxalq Katibliyinin məlumatında bildirilir.

Bu məqsədlə foruma daxil olan üzv ölkələrin nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri oktyabrın 8-10-dək Azərbaycanda səfərdə olacaqlar.

Onlar Bakı şəhəri ərazisində yerləşən çoxsaylı seçki məntəqələrində seçki prosesinin gedişatını müşahidə edəcək, eyni zamanda seçki subyektləri ilə görüşəcəklər. Forumun müşahidəçi qrupu seçkidən öncə və sonra KİV üçün mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, QDİƏT ölkələrinin qeyri-hökumət təşkilatları forumu 2012-ci ildə yaradılıb və quruma 11 ölkədən olan çoxlu sayda qeyri-hökumət təşkilatları daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti