...

Beynəlxalq müşahidəçi: Prezident seçkiləri ilə bağlı bütün proseslər yaxşı gedir

Siyasət Materials 9 Oktyabr 2013 13:47 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri ilə bağlı bütün proseslər yaxşı gedir.
Beynəlxalq müşahidəçi: Prezident seçkiləri ilə bağlı bütün proseslər yaxşı gedir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanda prezident seçkiləri ilə bağlı bütün proseslər yaxşı gedir. Trend-in məlumatına görə, bu barədə İndoneziyadan olan beynəlxalq müşahidəçi İmmanuel Robert İnkirivang jurnalistlərə bildirib.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən müşahidəçi qeyd edib ki, Xətai rayonunda seçki məntəqəsində olub və oradakı vəziyyəti çox yaxşı qiymətləndirib: "Səhər az adam gəlmişdi. Amma günortaya doğru seçicilərin sayı artmağa başladı. Hardasa 300-400 seçici gəldi. 1400 nəfərin seçici siyahısında olmasını nəzərə alsaq, bu rəqəm kifayət qədər qənaətbəxşdir. Texniki cəhətdən hər şey qaydasında idi. Ümumilikdə deyə bilərəm ki, proseslər yaxşı gedir. İşçilər çox mehriban idilər".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti