...

Almaniyalı müşahidəçi: Azərbaycanda keçirilən seçkilər daha dinamikdir

Siyasət Materials 9 Oktyabr 2013 17:02 (UTC +04:00)
Azərbaycanda keçirilən seçkilər daha dinamikdir. Trend-in məlumatına görə, bunu almaniyalı müşahidəçi, Diplomatlar Klubunun rəhbəri Krassimira Yordanova Şvintek jurnalistlərə açıqlamasında bildirib.
Almaniyalı müşahidəçi: Azərbaycanda keçirilən seçkilər daha dinamikdir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanda keçirilən seçkilər daha dinamikdir. Trend-in məlumatına görə, bunu almaniyalı müşahidəçi, Diplomatlar Klubunun rəhbəri Krassimira Yordanova Şvintek jurnalistlərə açıqlamasında bildirib.

Beynəlxalq müşahidəçinin sözlərinə görə, o, Bakıya hər gəlişində şəhərin necə gözəlləşdiyinin şahidi olur: "Şəhəriniz möhtəşəmdir. Atmosfer çox xoşdur. Burada özümüzü evimizdəki kimi hiss edirik. Bizim xarici olduğumuzu görəndə insanlar daima kömək etmək istəyirlər".

Almaniyalı müşahidəçinin sözlərinə görə, o, seçkilər haqqında mənfi bir söz deyə bilməz.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti