...

Azərbaycanla GUAM arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Siyasət Materials 10 Oktyabr 2013 17:19 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvilini qəbul edib.
Azərbaycanla GUAM arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S.Əhmədova/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvilini qəbul edib.

Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla GUAM arasında əməkdaşlığın cari vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, həmçinin təşkilata üzv ölkələr arasında koordinasiya edilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb.

V.Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq təşkilat və ölkələrlə qurduğu əməkdaşlıq haqqında məlumat verib.

Görüş zamanı GUAM-ın nəzərdə tutulan tədbirləri barəsində fikir mübadiləsi və məsləhətləşmələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti