...

Aydın Hüseynov: Təzyiq qruplarının subyektiv fikirləri xalqımızın iradəsinə kölgə sala bilməz

Siyasət Materials 16 Oktyabr 2013 19:58 (UTC +04:00)
9 oktyabr seçkiləri bir daha Azərbaycan xalqının azad və sərbəst seçim etmək iradəsini ortaya qoydu. Bəzi anti-Azərbaycançı qüvvələr süni narazılıq yaratmağa çalışsa da, bu, faydasız oldu. Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Aydın Hüseynov: Təzyiq qruplarının subyektiv fikirləri xalqımızın iradəsinə kölgə sala bilməz

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

9 oktyabr seçkiləri bir daha Azərbaycan xalqının azad və sərbəst seçim etmək iradəsini ortaya qoydu. Bəzi anti-Azərbaycançı qüvvələr süni narazılıq yaratmağa çalışsa da, bu, faydasız oldu. Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, hansısa təzyiq qruplarının subyektiv fikirləri xalqımızın iradəsinə kölgə sala bilməz.

"Artıq 20 ildir ki, Azərbaycan xalqı düzgün seçim edərək, xoşbəxt gələcəyi naminə dövlət başçısını seçir. Məhz, həmin seçimlərində də yanılmadığını görən insanlar uğurlu və dinamik inkişafın davamlı olmasını istəyirlər" - deyə Hüseynov bildirib.

Hüseynov qeyd edib ki, Azərbaycanda demokratik seçkilər keçirildi, ədalət və şəffaflıq özünü yüksək səviyyədə nümayiş etdirdi.

"Bütün beynəlxalq təşkilatlar, xarici müşahidəçilər, hətta, müxalifətin nümayəndələri seçkilərin qanuna müvafiq qaydada keçdiyini bildirdilər. Ona görə də, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi anti-Azərbaycançı qüvvələrin hesabatları və ya fikirləri təsirli olmayacaq, faydasız qalacaq" - deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti