...

Rəsul Quliyev Milli Şura və ACP-dən istefa verdi

Siyasət Materials 17 Oktyabr 2013 15:05 (UTC +04:00)
Rəsul Quliyev Milli Şura üzvlüyündən və Açıq Cəmiyyət Partiyasının (ACP) liderliyindən istefa verib.
Rəsul Quliyev Milli Şura və ACP-dən istefa verdi

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Rəsul Quliyev Milli Şura üzvlüyündən və Açıq Cəmiyyət Partiyasının (ACP) liderliyindən istefa verib.

Trend-in məlumatına görə, R.Quliyev "facebook" sosial şəbəkəsində yerləşdirdiyi videomüsahibəsində qeyd edib ki, Milli Şuranın üzvü olmağın heç bir mənası yoxdur.

O bildirib ki, Milli Şuranın bugünkü fəaliyyəti heç bir nəticə verə bilməz və onun memorandumu və digər sənədləri yığılıb bir arxivə qoyulmalıdır: "Mən öz siyasi mübarizəmi davam etdirəcəm, ancaq amorf təşkilatların üzvü olmaq niyyətim yoxdur. Mən onsuz da Milli Şuranın heç bir iclasında iştirak etmirəm".

R.Quliyev Açıq Cəmiyyət Partiyasının liderliyindən də imtina etdiyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti