...

İlham Əliyev Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul edib

Siyasət Materials 31 Oktyabr 2013 18:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Rumıniya Respublikasının keçmiş Prezidenti Emil Konstantineskunu qəbul etmişdir.
İlham Əliyev Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul edib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Rumıniya Respublikasının keçmiş Prezidenti Emil Konstantineskunu qəbul etmişdir.

Rumıniya Respublikasının keçmiş Prezidenti Emil Konstantinesku yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Görüşdə dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış ictimai xadimlərin, görkəmli elm adamlarının iştirak etdikləri III Bakı Beynəlxalq Humanitar Forumun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Rumıniya arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu, əməkdaşlığımızın gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik bildirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti