...

Türkiyə İtaliya istehsallı hərbi vertolyotların tədarükündən imtina etdi

Siyasət Materials 4 Noyabr 2013 15:33 (UTC +04:00)
Türkiyə İtaliyanın "Agusta Westland" şirkətinin hərbi vertolyotlarını tədarük etməkdən imtina edib.
Türkiyə İtaliya istehsallı hərbi vertolyotların tədarükündən imtina etdi

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə İtaliyanın "Agusta Westland" şirkətinin hərbi vertolyotlarını tədarük etməkdən imtina edib.

Trend-in "Cümhuriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Hərbi Silahlı Qüvvələri, həmçinin bu şirkətlə hərbi vertolyotların birgə istehsalından imtina edib.

Məlumata görə, imtinaya səbəb hərbi vertolyotların zəruri keyfiyyətə uyğun gəlməməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti