...

YAP-ın bir qrup gənci Bayraq Günü münasibətilə flaşmob keçirib (FOTO)

Siyasət Materials 6 Noyabr 2013 10:52 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının gəncləri Bayraq Günü münasibətilə flaşmob keçirib.
YAP-ın bir qrup gənci Bayraq Günü münasibətilə flaşmob keçirib (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının gəncləri Bayraq Günü münasibətilə flaşmob keçirib.

Trend-in məlumatına görə, bir qrup gənc Heydər Əliyev adına Park-Bulvarda "Bayraq günü" münasibətilə flaşmob təşkil edib və həmin vaxt parkda olan bütün insanlara Azərbaycan bayrağı hədiyyə ediblər.

Flaşmobun keçirilməsində əsas məqsəd bir daha dövlət bayrağına olan hörməti, sevgini nümayiş etdirmək və bütün dünyaya göstərmək olub.

Flaşmob aksiyası zamanı gənclər 100-dən çox bayraq hədiyyə edib və insanları 9 noyabr - Bayraq Günü münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu ildən noyabrın 9-u Azərbaycanda Bayraq Günü kimi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti