...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 8 Noyabr 2013 19:52 (UTC +04:00)
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksa Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksa Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.

Prezident seçkilərində inamlı qələbəniz Azərbaycan xalqının Sizə, ötən illərdə ölkənizin tərəqqisi və çiçəklənməsində qətiyyətli və müdrik siyasətinizə böyük etimadının bariz göstəricisidir.

Şri-Lanka ilə Azərbaycan səmimi dostluğa və yaxın əməkdaşlığa malikdir. Əminəm ki, Zati-alinizin prezidentliyinin yeni dövründə Sizinlə birgə səylərimiz bu əlaqələri daha da gücləndirəcəkdir.

Zati-aliləri, xahiş edirəm, Sizə uğurlar, möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə davamlı inkişaf və əmin-amanlıq arzularımı qəbul edin".

XXX

ABŞ-ın Missuri ştatı Senatının üzvü Coli L.Yustusdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Seçkilərdə qazandığınız inamlı qələbə Azərbaycanda demokratiyanın inkişafında yeni mərhələ və Sizin güclü rəhbərliyinizin göstəricisidir.

ABŞ ilə Azərbaycan Respublikası arasında ümumi maraqlara və məqsədlərə söykənən dinamik tərəfdaşlıq mövcuddur. Biz, terrorizmə qarşı mübarizədə, tolerantlığın inkişafında birgə səylər göstərmişik. ABŞ regional əmin-amanlıq və təhlükəsizliyin inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bir amerikalı kimi mən ölkənizin ABŞ-ın Əfqanıstan, İraq və Kosovoda apardığı sülhməramlı əməliyyatlara verdiyi töhfələrə görə minnətdaram.

Bu yaxınlarda Azərbaycana səfər etmək, yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılanmaq şərəfinə nail olmuşam. Azərbaycanın görməli yerlərinə baş çəkməkdən, ölkənizin qədim tarixi mədəni irsi ilə tanış olmaqdan çox məmnunam.

Cənab Prezident, Zati-alinizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, ölkənizi irəliyə doğru aparmaqda Sizə uğurlar diləyirəm".

XXX

Azərbaycan Amerikan Qadınlar Cəmiyyətinin prezidenti Minəvvər Vahabovadan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizin yeni dönəmində böyük uğurlar diləyirik.

Cənab Prezident, biz Azərbaycandan uzaqda yaşasaq da, ürəyimiz daim Vətənimizlə birgə döyünür. Vətənin hər bir sevincinə sevinir, kədərinə şərik oluruq. Son illərdə doğma Azərbaycanımızda gedən quruculuq işləri, dövlətimizin daxili və xarici siyasəti bizim qəlbimizi qürur hissi ilə doldurur. Hər zaman, hər yerdə Sizin siyasətinizi dəstəkləyir və Vətənimizin layiqli vətəndaşı olmağa çalışırıq. Sizi əmin edirik ki, uzaq məsafə qürbətdə yaşayan həmvətənlərimizin Vətən eşqini zərrə qədər də azalda bilməz.

Cənab Prezident, Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bizi daha böyük fəaliyyətlərə ruhlandırır. Əminəm ki, yeni dönəmdə doğma vətənimiz Azərbaycanın çiçəklənməsi, dünya dövlətləri arasında öz layiqli yerini möhkəmlətməsi, xalqın rifah halının daha da yaxşılaşması istiqamətində daha böyük uğurlar qazanacaq, doğma Qarabağımızın düşmən tapdağından azad olması üçün daha əzmlə mübarizə aparacaqsınız.

Azərbaycanımızın çiçəklənməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Xahiş edirəm, xaricdə yaşayan azərbaycanlıların dəstəyinə inanasınız və bizə etibar edəsiniz".

XXX

Rusiya Federasiyasının Arxangelsk Şəhər Dumasının deputatı Hüseyn Əliyevdən:

"Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz və inauqurasiya mərasimi münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni uğurlar, Azərbaycan Respublikası naminə səmərəli fəaliyyət, bütün təşəbbüslərinizin həyata keçməsini, sədaqətli dostlar və məsləkdaşlar arzulayıram. Azərbaycan Respublikasına sülh və firavanlıq diləyirəm".

XXX

Azərbaycan Türkiyə İş Adamları Birliyi idarə heyətinin sədri Cemal Yangından:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Azərbaycan Türkiyə İş Adamları Birliyi adından təbrik edir, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayırıq.

Ürəkdən inanırıq ki, Sizin müdrik siyasətiniz Qafqazın parlayan ulduzu olan Azərbaycanı daha böyük uğurlara qovuşduracaqdır.

Bir daha Sizi yenidən Prezident seçilməyiniz münasibətilə böyük məmnunluqla təbrik edir, uğurlarınızın bundan sonra da davamlı olacağına sonsuz inamımızı ali diqqətinizə çatdırırıq".

XXX

Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədovadan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı adından təbrik edir, Sizə Azərbaycanın xoşbəxt gələcəyi naminə möhtəşəm fəaliyyətinizdə uğurlar diləyir, möhkəm cansağlığı arzu edirik.

Əminik ki, ulu öndər Heydər Əliyevin memarı olduğu və yaratdığı müasir müstəqil Azərbaycan Respublikası Sizin müdrik siyasətiniz sayəsində regionda liderliyini daim qoruyub saxlayacaqdır.

Sizin dünyanın harasında olursa-olsun, bütün azərbaycanlılara, xüsusən də gənclərə qayğınızı həm idmanda, həm siyasətdə, həm də iqtisadiyyatda görür və bundan qürur hissi duyuruq. İnanırıq ki, gündən-günə gözəlləşən, böyüyən, inkişaf edən Azərbaycan Respublikası Sizin sayənizdə nəinki regionda, eləcə də dünyada aparıcı dövlətlərdən birinə çevriləcəkdir".

XXX

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevdən:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Xalqımız bu seçimi ilə Sizin dövlətçiliyin və ölkəmizin demokratik dəyişikliklərə, beynəlxalq aləmdə vətənimizin mövqelərinin və nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə olan etibarını bildirdi. Əminəm ki, Azərbaycan xalqının seçkilərdə nümayiş etdirdiyi birlik Sizin gələcək uğurlu fəaliyyətinizdə etibarlı zəmin olacaqdır. Siz ölkəmizi demokratik, hüquqi və sosial dövlət quruculuğu yolu ilə daha da irəli aparacaqsınız.

Xalqımızın rifahı, vətənimizin inkişafı naminə fəaliyyətinizdə Sizə səmimi qəlbdən uğurlar arzulayıram".

XXX

"AccessBank" QSC-nin sədri Mixael Hoffmanndan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti və Almaniyanın "Access Microfinance Holding AG" şirkətinin rəhbərliyi və işçi heyəti adından səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan son illərdə böyük iqtisadi inkişafa nail olmuş və ölkə həyatının müxtəlif sahələrində sanballı irəliləyişlər baş vermişdir.

Güclü iqtisadi dinamika, həmçinin "AccessBank"ın öz missiyasını həyata keçirməsinə də böyük töhfə vermişdir. Bank, xüsusən, ölkənin regionlarında və kənd ərazilərində mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi sahəsində öz fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirməyə nail olmuşdur.

Sizə möhkəm cansağlığı, növbəti Prezidentliyiniz müddətində fəaliyyətinizdə böyük uğurlar arzulayırıq".

XXX

Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərovadan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Finlandiyada yaşayan Azərbaycan diasporunun bütün nümayəndələri adından təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Son on ildə Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sürətli inkişaf yolu keçərək bölgənin lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə söz və nüfuz sahibi olmuşdur. Xarici ölkələrdə yaşayan biz azərbaycanlılar bu uğurlardan qürur duyur, Vətənimizin inkişafı naminə gördüyünüz işlərlə fəxr edirik.

Cənab Prezident, Vətənimizin dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, Avropanın enerji təhlükəsizliyində liderliyi Azərbaycan diasporunun mövqeyini möhkəmləndirir, bizi daha fəal olmağa ruhlandırır.

Fürsətdən istifadə edərək, Sizə bir daha ən xoş arzularımı çatdırır, prezidentliyinizin növbəti dönəmində də böyük uğurlar diləyirəm".

XXX

Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqidən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Danimarkada yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirəm.

Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, vətənimiz Azərbaycanın Sizin rəhbərliyinizlə qazandığı möhtəşəm uğurlara ürəkdən sevinirik. Sizin uğurlu və məqsədyönlü siyasətiniz sayəsində xalqımızın rifahı yüksəlmiş, vətənimiz tərəqqi etmiş, beynəlxalq aləmdə nüfuzu artmışdır. Biz Sizin siyasətinizi dəstəkləyir, Azərbaycanın haqq işinin dünyada tanıdılması istiqamətində bundan sonra da səylə çalışacağımızı ali diqqətinizə çatdırırıq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, şərəfli və məsul işinizdə uğurlar diləyir, doğma Azərbaycanımızın daha da çiçəklənməsini arzu edirik".

XXX

Rusiya Federasiyasının Volqoqrad vilayəti udi icmasının sədri, fəlsəfə elmləri doktoru Riçard Danakaridən:

"Rusiya Federasiyasının Volqoqrad vilayəti udi icmasının nümayəndələri Sizi yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edir.

Əminik ki, Siz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, ölkədə millətlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə yönəlmiş fəaliyyət kursunuzu davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq".

XXX

ABŞ-ın Minnesota ştatı Nümayəndələr Palatasının üzvü Ceri Nyutondan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ölkənizin nailiyyətləri, xüsusilə yoxsulluq səviyyəsinin azalması, ümumi daxili məhsulun üç dəfə artması, ekoloji və infrastruktur layihələrinin həyata keçirilməsi Sizin müdrik rəhbərliyinizin və gələcəyə istiqamətlənmiş siyasətinizin sübutudur. Bu yaxınlarda Bakıya səfərim zamanı şəhərinizin gözəlliyinin və Azərbaycan xalqının mehribanlığının və qonaqpərvərliyinin şahidi oldum.

ABŞ və NATO-nun sülhməramlılarına marşrut imkanı yaratmaq, Əfqanıstanda Birləşmiş Ştatların hərbçiləri ilə çiyin-çiyinə xidmət edən hərbi qüvvələr göndərməklə Siz ölkələrimiz arasındakı güclü əlaqələri bir daha sübut etmisiniz. Əminəm ki, sülh və təhlükəsizliklə bağlı ümumi maraqlarımız növbəti illərdə də inkişaf edəcəkdir.

Cənab Prezident, Azərbaycanın dostu olaraq bir daha Sizə və gözəl ölkənizin xalqına uğurlar arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti