Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir R. Hafizoğlu/
Türkiyə hökumətində oğlan və qızlar üçün tələbə yataqxanalarının ayrılması məsələsi üzrə Baş nazir Rəcəb Tayyib Ərdoğan və müavini Bülənt Arınç arasında ziddiyyət artır. Bu barədə Trend şənbə günü "Milliyet" qəzetinə istinadən məlumat verir.
Qəzetin məlumatına görə, bunu Baş nazirin müavini B. Arınç deyib.
Onun sözlərinə görə, Baş nazir tələbə yataqxanalarının ayrılması məsələsi ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirməlidir.
Qeyd edək ki, daha əvvəl B. Arınç KİV-in Baş nazirin yataqxanaların qız və oğlanlar üçün ayırmağı planlaşdırması xəbərini şərh edərkən demişdi ki, bu xəbərlər mötəbər deyil. Bundan sonra R. T. Ərdoğan onun sözlərini təkzib etmişdi.