...

Qəzet: Bülənt Arınç öz postunu tərk edəcək

Siyasət Materials 12 Noyabr 2013 12:40 (UTC +04:00)
Baş nazirin müavini və Türkiyə hökumətinin rəsmi nümayəndəsi Bülənt Arınç hökumətdə oğlan və qızlar üçün tələbə yataqxanalarının ayrılması məsələsində artan fikirayrılıqları ilə əlaqədar öz postunu tərk edəcək.
Qəzet: Bülənt Arınç öz postunu tərk edəcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Baş nazirin müavini və Türkiyə hökumətinin rəsmi nümayəndəsi Bülənt Arınç hökumətdə oğlan və qızlar üçün tələbə yataqxanalarının ayrılması məsələsində artan fikirayrılıqları ilə əlaqədar öz postunu tərk edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Haberler" qəzeti hökumətdəki mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, bu postu Baş nazirin digər müavini Bəkir Bozdağ tutacaq.

Qeyd edək ki, daha əvvəl B.Arınç Baş nazirin qız və oğlanlar üçün yataqxanaları ayırmağı planlaşdırması barədə KİV-in xəbərini şərh edərkən demişdi ki, bu xəbərlər doğru deyil. Bundan sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan onun sözlərini təkzib etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti