...

Sergey Lebedev: Birliyin inkişaf prioritetlərinin reallaşdırılması MDB-də sabitlik şəraitində mümkündür

Siyasət Materials 21 Noyabr 2013 17:13 (UTC +04:00)
Birliyin sosial-iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması yalnız MDB daxilində, eləcə də onun bütün sərhədləri boyunca sabitlik şəraitində mümkündür.
Sergey Lebedev: Birliyin inkişaf prioritetlərinin reallaşdırılması MDB-də sabitlik şəraitində mümkündür

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Birliyin sosial-iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması yalnız MDB daxilində, eləcə də onun bütün sərhədləri boyunca sabitlik şəraitində mümkündür. Trend-in məlumatına görə, bunu MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev noyabrın 21-də Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin Müdafiə Nazirləri Şurasının 65-ci iclasının iştirakçıları qarşısında çıxış edərkən deyib.

S.Lebedevin sözlərinə görə, 2013-cü il oktyabrın 25-də Minskdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlərə baxılıb:

"Həmin iclasında Ortamüddətli dövlətlərarası məqsədli proqramlar, cinayətkarlıq, terrorizm və ekstremizmin digər təzahürləri, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomaniya və insan alveri ilə mübarizəni nəzərdə tutan birgə tədbirlər qəbul edilmişdi".

Dövlət başçıları tərəfindən Müstəqil Dövlətlər Birliyi çərçivəsində məxfi məlumatların mühafizəsi haqqında saziş imzalanmış və MDB orqanlarında məxfi məlumatların idarə edilməsi qaydaları təsdiq edilmişdi.

İcraçı katibin sözlərinə görə, Birliyin ali orqanları hərbi əməkdaşlığı MDB dövlətlərinin təhlükəsizliyinin təmin olunmasının ayrılmaz tərkib hissəsi olduğunu hesab edərək, hərbi sahədə dövlətlərin gələcək qarşılıqlı fəaliyyətinin təkmilləşdirməsinə xüsusi diqqət ayırırlar:

"Belə ki, bir gün əvvəl Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının iclasında vahid dövlət radiolokasiya tanıma sisteminin inkişaf Konsepsiyası təsdiqlənmiş, mühəndis qoşunlarının mütəxəssislərinin hazırlığı üzrə baza təşkilatının yaradılması haqqında qərar qəbul edilmiş, Birlik dövlətlərinin Birləşmiş Hava Hücumundan Müdafiə (HHM) sisteminin gələcəkdə təkmilləşdirilməsini müəyyən edən sənədlər imzalanmışdı".

O deyib ki, Müdafiə Nazirləri Şurasının himayədarlığı ilə hər il 20-dən artıq müxtəlif səviyyəli və istiqamətli praktiki tədbirlər keçirilir. Əldə edilənlərlə kifayətlənməyərək Şura və onun işçi orqanları hərbi əməkdaşlığın təkcə perspektivli istiqamətlərini deyil, həm də onların reallaşdırılmasına yeni yanaşmaların daimi axtarışını həyata keçirirlər.

S.Lebedev bir faktı da qeyd edib ki, Müdafiə Nazirləri Şurası Birlik dövlətlərinin çoxtərəfli hərbi əməkdaşlığını genişləndirərək və təkmilləşdirərək MDB-nin təhlükəsizliyinin möhkəmləndirilməsinin hərbi aspektləri üzrə milli və dövlətlərarası strukturlarla aktiv qarşılıqlı fəaliyyət göstərir. Şuranın iclasında Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya zidmətinin, MDB dövlətlərinin Terrorçuluqla Mübarizə Mərkəzinin və digər strukturlarının rəhbərlərinin iştirakı MDB-nin təhlükəsizliyinin təmin olunması problemlərinin həllinə kompleks, sistemli yanaşmanın zəruri və mühüm olmasının əyani sübutudur. Hərbi əməkdaşlığın zəngin və çoxprofilli xarakteri Şuranın iclasının gündəliyində əyani şəkildə əks olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti