...

Latviyanın Baş naziri istefa verir

Siyasət Materials 27 Noyabr 2013 16:24 (UTC +04:00)
Latviyanın Baş naziri Valdis Dombrovskis istefa vermək qərarına gəlib.
Latviyanın Baş naziri istefa verir

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Latviyanın Baş naziri Valdis Dombrovskis istefa vermək qərarına gəlib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Baş nazir ölkə Prezidenti Andris Berzinşlə görüşdən sonra jurnalistlərə deyib.

Qeyd edək ki, noyabrın 21-də Riqadakı "Maksim" Ticarət Mərkəzində faciə baş vermişdi. Binanın divarlarının və damının uçması nəticəsində 54 nəfər həlak olmuş, daha 39 nəfər yaralanmışdı.

Ölkənin insan hüquqları üzrə müvəkkili Yuris Yansonsun sözlərinə görə, faciəyə görə məsuliyyəti Latviya hökuməti də öz üzərinə götürməlidir. Eyni zamanda, Baş nazir istefa barədə düşünməlidir.

Dünən Latviyanın daxili işlər naziri Rihards Kozlovskis də faciənin günahkarlarının aşkar olunmayacağı və layiqli şəkildə cəzalandırılmayacağı təqdirdə istefaya getməyə hazır olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti