...

Gəncədə Gürcüstanın konsulluğu açılacaq

Siyasət Materials 11 Dekabr 2013 12:04 (UTC +04:00)
Gürcüstanın Gəncədə və Almaniyanın Frankfurt şəhərlərində konsulluqları açılacaq.
Gəncədə Gürcüstanın konsulluğu açılacaq

Gürcüstan, Tbilisi, 11 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Gəncədə və Almaniyanın Frankfurt şəhərlərində konsulluqları açılacaq. Trend-in Gürcüstan XİN-ə istinadən verdiyi məlumata görə, bu şəhərlərdə konsulluqların açılmasına dair qərar artıq qəbul edilib, yalnız müəyyən prosedurların aparılması qalıb.

Gürcüstanın Gəncədəki konsulu Mamuka Blavadze olacaq.

Frankfurta gəldikdə isə, Gürcüstan XİN Almaniya tərəfdən müvafiq sənədlər gözləyir, bundan sonra konsul təyin olunacaq.

Gəncədə və Frankfurtda Gürcüstanın konsulluqları yaxın gələcəkdə açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti