...

Oqtay Əsədov: Azərbaycanın seçki qanunvericiliyinin inkişafı vətəndaşların ifadə azadlığını təmin edir

Siyasət Materials 16 Dekabr 2013 13:13 (UTC +04:00)
Azərbaycanda seçki qanunvericiliyinin inkişafı vətəndaşların ifadə azadlığını təmin edir.
Oqtay Əsədov: Azərbaycanın seçki qanunvericiliyinin inkişafı vətəndaşların ifadə azadlığını təmin edir

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda seçki qanunvericiliyinin inkişafı vətəndaşların ifadə azadlığını təmin edir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bazar ertəsi Bakıda öz işinə başlayan "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiqi praktikası" beynəlxalq seminarın iştirakçılarına təbrikində deyilir.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun oxuduğu təbrik məktubunda bildirilir: "Ölkədə Seçki Məcəlləsinin və ayrı-ayrı sahələrə aid qanunların inkişafı ilə bütün səviyyələrdə Azərbaycan vətəndaşlarının azad iradəsini təmin edən obyektiv, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün normativ baza yaradılıb".

Əsədovun qeyd etdiyi kimi, səmərəli fəaliyyət göstərən Mərkəzi Seçki Komissiyasının yaradılması yeni seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, yüksək dəqiqliyə və seçki hüququ normalarının tətbiqinin eyniliyinə nail olmuş dairə və məntəqə komissiyalarının fəaliyyətini təmin etməyə imkan verib.

Spiker qeyd edib: "Seçki prosesinin səmərəliliyinin əyani sübutu bu yaxınlarda keçirilən prezident seçkiləridir. Bu seçkilərdə Azərbaycan vətəndaşlarının əksəriyyəti Prezident İlham Əliyevə dəstək ifadə etdilər. Unutmaq olmaz ki, seçki qanunvericiliyinin təkmilləşdirilməsi beynəlxalq təcrübənin, qabaqcıl praktika və seçki sistemlərinin ətraflı öyrənilməsini tələb edən daimi prosesdir".

Məktubda bildirilir: "Bu mənada biz seçki prosesinin daha səmərəli mexanizmlərinin işlənməsi məqsədilə məlumat mübadiləsinin, müxtəlif ekspert məsləhətləşmələrinin aparılmasına hərtərəfli kömək göstərəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti