...

Bülənt Arınç: Türkiyədə saxlanılanlar ifadələrində 4 nazirin adını çəkiblər

Siyasət Materials 18 Dekabr 2013 19:38 (UTC +04:00)
Türkiyədə saxlanılanlar dindirmə zamanı verdikləri ifadələrində 4 nazirin və bir bələdiyyə sədrinin adını çəkiblər.
Bülənt Arınç: Türkiyədə saxlanılanlar ifadələrində 4 nazirin adını çəkiblər

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Türkiyədə saxlanılanlar dindirmə zamanı verdikləri ifadələrində 4 nazirin və bir bələdiyyə sədrinin adını çəkiblər. Trend-in çərşənbə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumat görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç deyib.

Xatırladaq ki, dünən İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti