...

Müdafiə Nazirliyində keçirilən Kollegiya iclasında bir sıra kadr islahatlarının elan olunacağı gözlənilir

Siyasət Materials 20 Dekabr 2013 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycan Müdafiə Nazirliyində Kollegiya iclası keçirilir.

İclasa müdafiə naziri, general-polkovnik Zakir Həsənov sədrlik edir. İclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəisləri iştirak edir.

Hərbi ekspert Üzeyir Cəfərov Trend-ə açıqlamasında bildirib ki, bu Kollegiya iclasında ilk növbədə ilin yekunu ilə əlaqədar 2013-cü ildə orduda görülən işlər və həyata keçirilən islahatlar, eləcə də 2014-cü il üçün qarşıda duran vəzifələr müzakirə olunacaq: "Məndə olan məlumata görə, iclasda bir neçə kadr islahatı da elan olunacaq. Konkret olaraq bir neçə hərbi hissələr, eləcə də Hərbi Dəniz Qüvvələri ilə bağlı olacaq. Belə ki, Hərbi Dəniz Qüvvələrinə yeni qərargah rəisi təyin olunub. Yeni qərargah rəisi Müdafiə Nazirliyində çalışmış şəxsdir. Bundan əlavə, hərbi birləşmələrin özündə də bir neçə dəyişikliklər həyata keçirilib. Ola bilsin ki, bu iclasda iki hərbi birləşmənin komandirinin dəyişməsi də elan olunsun. Bundan əlavə, iclasda bir sıra səs-küylü məsələlərin də müzakirəsi gözlənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti