...

"Qarabağ" siyasi bloku genişlənir

Siyasət Materials 20 Dekabr 2013 15:46 (UTC +04:00)
Ümid Partiyasının və Azərbaycan Demokrat Partiyasının təmsil olunduğu "Qarabağ" siyasi bloku genişlənmək niyyətindədir. Bu barədə Trend-ə ADP sədri Sərdar Cəlaloğlu deyib:
"Qarabağ" siyasi bloku genişlənir

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Mehdiyev/

Ümid Partiyasının və Azərbaycan Demokrat Partiyasının təmsil olunduğu "Qarabağ" siyasi bloku genişlənmək niyyətindədir. Bu barədə Trend-ə ADP sədri Sərdar Cəlaloğlu deyib:

"Blokun genişləndirilməsi ilə bağlı müəyyən danışıqlar aparmışıq və ilkin razılıqlar var. Hələlik konkret qərar olmadığına görə bu barədə ətraflı danışa bilmərəm".

S.Cəlaloğlu blokun yalnız siyasi partiyalar hesabına genişləndirilməsinin nəzərdə tutulduğunu deyib: "QHT nümayəndələri, bitərəf şəxslər, ziyalılar blokdakı siyasi partiyalara tərəfdaş kimi cəlb edilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti