...

Bülənt Arınç: Türkiyəyə korrupsiya qalmaqalından dəyən zərər 100 milyard dolları ötür

Siyasət Materials 30 Dekabr 2013 23:51 (UTC +04:00)
Türkiyəyə korrupsiya qalmaqalından dəyən zərər 100 milyard dolları ötür. Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç mətbuat konfransında deyib.
Bülənt Arınç: Türkiyəyə korrupsiya qalmaqalından dəyən zərər 100 milyard dolları ötür

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Türkiyəyə korrupsiya qalmaqalından dəyən zərər 100 milyard dolları ötür. Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç mətbuat konfransında deyib.

Nazirlər Kabinetinin yeni 10 nazirin iştirakı ilə ilk və 2013-cü ilin son iclası bu gün Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib. İclasdan sonra mətbuat konfransı keçirən B.Arınç nazirlərin bugünkü iclasında baxılan bir sıra məsələlərə toxunub:

"Deyə bilərəm ki, kim ki ölkədə son hadisələri qızışdırırdı, həm də hökumətə tələ qururdu və bu səbəbdən də bir sıra itkilər var. Mən 100 milyard dolları ötən iqtisadi zərərdən danışıram".

Baş nazirin müavini qeyd edib ki, yaxın günlərdə hökumət üzvləri bu məsələ ilə bağlı çıxış edərək şərh verəcəklər: "Gəlin, sabahdan etibarən iqtisadiyyat və maliyyə məsələlərinə cavabdeh olan nazirlərin çıxışlarını izləyək".

Nazirlər Kabinetinin iclasında baxılan əsas məsələlərdən biri də "Hakim və prokurorların Ali Şurası haqqında" qanuna mümkün dəyişikliklər olub.

O bildirib ki, hazırda Türkiyədə hüquq mexanizmlərinə nəzarət etmək mümkün deyil və Hakim və prokurorların Ali Şurasının üzvlərinin səlahiyyətlərindən sui-istifadə etmələri cəzasız qalır: "Biz bu çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Həmin qanuna dəyişikliklər edilməsi haqqında qərar Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti