...

ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqan Gəncədə səfərdədir (FOTO)

Siyasət Materials 9 Yanvar 2014 19:29 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqan yanvarın 9-da Gəncəyə səfər edib.
ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqan Gəncədə səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqan yanvarın 9-da Gəncəyə səfər edib.

Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iki ölkə arasında müxtəlif sahələr üzrə yaranan əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən danışıb, Gəncənin potensial imkanları, onun görkəmli şəxsiyyətləri, eləcə də tarixi və tarixi abidələri haqqında ətraflı məlumat verib.

D.Hoqan səmimi və mehriban qarşılandığı üçün icra başçısına minnətdarlıq edib. Səfirlikdə işlədiyi 6 ay ərzində Azərbaycanın bölgələrinə etdiyi səfərlərin tanışlıq məqsədi daşıdığını bildirib, respublikanın digər regionları kimi Gəncənin də gündən-günə abadlaşması və gözəlləşməsindən məmnun qaldığını qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevin Atatürk prospektindəki çoxmərtəbəli binaların sakinləri ilə keçirdiyi səyyar görüşdə iştirak edən D.Hoqan belə tədbirlərin insanlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdən sonra KİV nümayəndələrinin suallarını cavablandıran müvəqqəti işlər üzrə vəkil Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevlə çox faydalı və məhsuldar bir görüşün baş tutduğunu bildirib. Qonaq qeyd edib ki, onlar iki ölkə arasında əlaqələrin dərinləşməsi üçün bir çox sahələr üzrə əməkdaşlıqda maraqlıdırlar. Vətəndaş cəmiyyətinin nümayəndələri, QHT və iqtisadi sahələrdən olan insanlarla görüşlər də iki günlük səfər proqramına daxildir.

Sonda E.Vəliyev qonaqlara xatirə hədiyyələri təqdim edib.

Yanvarın 10-da səfirlik nümayəndəsi Mərkəzi Kitabxanada ABŞ mərkəzində olacaq, Azərbaycan Dövlət Aqrar Universitetində müəllim və tələbələrlə görüş keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti