...

İsrail hərbçiləri Fələstin Baş nazirinin kortejini saxlayıblar

Siyasət Materials 14 Yanvar 2014 18:03 (UTC +04:00)
İsrail hərbçiləri və Fələstin ərazilərində qeyri-qanuni məskunlaşan yəhudilər bu gün Fələstinin Baş naziri Rami Həmdullahın kortejini mühasirəyə alıblar.
İsrail hərbçiləri Fələstin Baş nazirinin kortejini saxlayıblar

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

İsrail hərbçiləri və Fələstin ərazilərində qeyri-qanuni məskunlaşan yəhudilər bu gün Fələstinin Baş naziri Rami Həmdullahın kortejini mühasirəyə alıblar.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Fələstin hökumətinin rəsmi nümayəndəsi Əhab Bseso bildirib ki, kortej İordan çayının qərb sahilində İsrail nəzarət-buraxılış məntəqəsində dayandırılıb.

Bu zaman İsrail hərbçiləri və Fələstin ərazilərində qeyri-qanuni məskunlaşanlar R.Həmdullahın mühafizəçisini maşından çıxmağa məcbur ediblər.

Ə.Bseso insidenti İsrailin Fələstin ərazilərində qeyri-qanuni məskunlaşan yəhudilərin Fələstin xalqına qarşı zorakılıq aksiyalarına "yaşıl işıq" yandırması kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti