...

Elmar Məmmədyarov Əfqanıstan səfiri ilə görüşüb

Siyasət Materials 17 Yanvar 2014 19:25 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Şaker Karqarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Əfqanıstan səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Şaker Karqarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan ilə Əfqanıstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib və səfir M.Ş.Karqara bu işdə verdiyi töhfəyə görə minnətdarlıq bildirib.

Əfqanıstanlı diplomat ölkəmizdən xoş təəssüratla ayrıldığını qeyd edib və burada fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti