Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə qırıcı təyyarə istehsal etmək niyyətindədir. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Türkiyə Aviasiya və Kosmos Sənayesi AŞ-dən (TÜSAŞ) bildiriblər ki, yerli istehsallı yeni qırıcı təyyarələrə "FX" adı veriləcək.
Artıq iki ildir FX-lərin hazırlanması prosesi gedir.
Türkiyənin ilk qırıcı təyyarəsinin istehsalı 2014-cü ildə başa çatacaq.