Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Ukraynanın Baş naziri Nikolay Azarov ölkədə baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Baş nazir ölkədə erkən prezident seçkilərinin keçirilməsini qeyri-real hesab edir.
Onun sözlərinə görə, Konstitusiyaya görə bir ildən sonra Ukraynada növbəti prezident seçkiləri keçirilməlidir.
N.Azarov qeyd edib: "Bizə qarşı müxalifət deyil, yaraqlılar hərəkət edir. Kiyevin mərkəzinin silahlılarla dolduğu bir vaxtda seçki keçirmək mümkündürmü? Ölkədə vəziyyəti normal hala salmaq lazımdır".