...

Ukraynanın Baş naziri Nikolay Azarov vəzifəsindən istefa verib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Yanvar 2014 12:29 (UTC +04:00)
Ukraynanın Baş naziri Nikolay Azarov öz vəzifəsindən istefa verib.
Ukraynanın Baş naziri Nikolay Azarov vəzifəsindən istefa verib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Ukraynanın Baş naziri Nikolay Azarov vəzifəsindən istefa verib. Trend-in məlumatına görə, bu barədə Ukraynanın Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunur.

Azarovun ərizəsində deyilir: "Dövlətdə yaranmış münaqişəli vəziyyət Ukraynanın iqtisadi və sosial inkişafını təhdid altında qoyur, bütün Ukrayna cəmiyyətinə və hər bir vətəndaş üçün təhlükə yaradır. Qarşıdurma zamanı hökumət münaqişənin dinc yolla həlli üçün hər şeyi edirdi. Biz qan tökülməsinə yol verilməməsi, zorakılığın eskalasiyası, vətəndaşların hüquqlarının pozulmaması üçün hər şeyi etdik və edirik. Hökumət iqtisadiyyatınişləməsini və ekstremal şəraitdə sosial müdafiənin sistemini təmin edirdi.

Ancaq münaqişənin vətəndaşlarımız üçün təhlükəsi Ukraynanın taleyi üçün əlavə məsuliyyətli addımlar atmağı tələb edirdi. İctimai-siyasi güzəşt üçün əlavə imkanlar yaratmaq, münaqişənin dinc yolla nizamlanması məqsədi ilə mən şəxsən Ukrayna Prezidentindən Baş nazir vəzifəsindən istefamı qəbul etməyi xahiş etmək qərarına gəldim".

Nikolay Azarov Ukrayna hökumətinin yürütdüyü siyasi kursun düzgünlüyünə inanan və şəxsən onu dəstəkləyən bütün vətəndaşlara minnətdarlığı ifadə edib: "Bu gün ən əhəmiyyətlisi Ukraynanın birliyini və bütövlüyünü saxlamaqdır. Bu, kiminsə şəxsi planlarından və ya ambisiyalarından daha əhəmiyyətlidir. Bu səbəbdən mən bu qərarı qəbul etdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti