...

MDB XİNŞ-nin növbəti iclasının vaxtı bəlli oldu

Siyasət Materials 4 Fevral 2014 10:21 (UTC +04:00)
MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclasının vaxtı müəyyən edilib.
MDB XİNŞ-nin növbəti iclasının vaxtı bəlli oldu

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir S.Əhmədova/

MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclasının vaxtı müəyyən edilib.

İclasın aprelin 4-də Moskvada keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı təşkilatın İcra Katibliyindən bildirilib.

İclasın gündəliyi Birliyə üzv olan dövlətlərin ekspertləri tərəfindən hazırlanacaq. XİN rəhbərləri qurum çərçivəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti