...

Ukrayna Baş naziri vəzifəsinə namizədin adı gələn həftə açıqlana bilər

Siyasət Materials 5 Fevral 2014 15:08 (UTC +04:00)
Ukrayna Baş naziri vəzifəsinə namizədin adı gələn həftə açıqlana bilər.
Ukrayna Baş naziri vəzifəsinə namizədin adı gələn həftə açıqlana bilər

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Ukrayna Baş naziri vəzifəsinə namizədin adı gələn həftə açıqlana bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu hakim Regionlar Partiyasının lideri Aleksandr Yefremov deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır: "Prezident Viktor Yanukoviç gələn həftə öz mövqeyini bildirə bilər. Öz növbəsində, parlament bu məsələni müzakirə edərək qərar qəbul edəcək".

Qeyd edək ki, Ukrayna Prezidenti Viktor Yanukoviç yanvarın 28-də Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti