...

Botsvananın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfərə dəvət olunub (FOTO)

Siyasət Materials 26 Fevral 2014 16:16 (UTC +04:00)
Fevralın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvananın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Pandu T.C.Skelemani ilə görüşüb.
Botsvananın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfərə dəvət olunub  (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir S.Əhmədova/

Fevralın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvananın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Pandu T.C.Skelemani ilə görüşüb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Botsvana arasında ikitərəfli məsələlər, Azərbaycanın regiondakı rolu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri, iqtisadi, mədəni və enerji sahələrində əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, BMT və digər beynəlxalq təşkilatların Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələri, hazırda gedən danışıqlar prosesi barədə botsvanalı həmkarına ətraflı məlumat verib.

Azərbaycan xarici işlər nazirinin Botsvanaya səfərinin iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm hadisə olduğunu bildirən botsvanalı nazir gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirilməsini və səfərlər mübadiləsinin təşkilini təklif edib.

E.Məmmədyarov ölkəmizin 2012-2013-cü illərdə BMT Təhlukəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə Afrika qitəsi dövlətləri üçün vacib olan bir çox məsələlərin, xüsusən də münaqişələrin həlli istiqamətində qərarların qəbul edilməsində fəal rol oynadığını həmsöhbətinin nəzərinə çatdırıb. O, botsvanalı həmkarını Azərbaycana səfərə dəvət edib.

Bostvanalı nazir dəvəti məmnuniyyətlə qəbul edib, iki ölkə arasında əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin əhəmiyyətli və vacib olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti