...

Ukrayna Baş Qərargahına yeni rəis təyin olunub

Siyasət Materials 28 Fevral 2014 20:45 (UTC +04:00)
Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Mixail Kutsini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsinə təyin edib.
Ukrayna Baş Qərargahına yeni rəis təyin olunub

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Mixail Kutsini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsinə təyin edib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Qeyd edək ki, daha əvvəl A.Turçinov Yuri İlyini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsindən azad etmişdi.

Y.İlyin 2014-cü il fevralın 19-da V.Yanukoviç tərəfindən bu vəzifəyə təyin edilmişdi.

Dünən Y.İlyinin ürək tutmasından xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti