Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir R.Hafizoğlu/
Hal-hazırda ABŞ-da yaşayan tanınmış din xadimi Fətullah Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Bu sözləri Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haber7" telekanalı məlumat verib.
Məlumatda qeyd olunur ki, ədliyyə naziri bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini deyib.