Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə etiraz aksiyaları zamanı 20-dən çox seçki məntəqəsi hücuma məruz qalıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç deyib.
Onun sözlərinə görə, dünən keçirilmiş etiraz aksiyaları hökumətə qarşı yönəlib: "Heç bir qüvvə etiraz aksiyaları yolu ilə hakimiyyəti dəyişmək iqtidarında deyil".
B.Arınç qeyd edib ki, siyasi dəyişiklikləri demokratik yolla tələb etmək lazımdır.