...

Prezident İlham Əliyev İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 14 Mart 2014 13:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə İtaliya arasında yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin İtaliyanın müxtəlif regionları ilə də yaxın əlaqələr qurmaqda maraqlı olduğunu dedi. İqtisadi sahədə İtaliyanın ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd etdi.

İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkiani təmsil etdiyi regionun Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.
Görüşdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti