...

Rusiyanın iqtisadi inkişaf nazirinin İrana səfərinin vaxtı açıqlanıb

Siyasət Materials 17 Mart 2014 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Cəfərov/

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 20-də İrana səfər edəcək. Trend-in məlumatına görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bu gün İSNA agentliyinə müsahibəsində deyib.

Caqaryan İran və Rusiya arasında ticarət dövriyyəsinin ötən il 4 milyard dollar həcmində olduğunu, bu il isə bu rəqəmin 1,5 milyard dollar həcminə qədər aşağı düşdüyünü deyib.

O bildirib ki, iki ölkə arasında ticarət mübadiləsinin azalmasına əsas səbəb sanksiyalara görə pul nəqlində yaranan problemlərdir.

Caqaryan İran və Rusiyanın müştərək iqtisadi komissiyasının iclasının avqust və ya sentyabr ayının ikinci yarısında keçirilməsinin planlaşdırıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti