...

Ermənistan Politoloqlar İttifaqı repressiyalarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 17 Mart 2014 17:54 (UTC +04:00)
Ermənistan Politoloqlar İttifaqı siyasi repressiyalarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə hazırlaşır.
Ermənistan Politoloqlar İttifaqı repressiyalarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək

Azərbaycan, Bakı, 17 mart /Trend/

Ermənistan Politoloqlar İttifaqı siyasi repressiyalarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə News.am İttifaqın mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir: "Artıq iki ildən çoxdur ki, cinayət axtarışı görüntüsü altında həyata keçirilən və 2012-ci il parlament seçkilərində İttifaqın sədrinin iştirakından "Çiçəklənən Ermənistan" partiyasının siyahıları üzrə başlayan siyasi təqiblər Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Hovannisyanın deputat mandatından imtinasına səbəb oldu, təşkilatın mərkəzi ofisinin girişinin dağıdılması ilə yadda qaldı".

İttifaqdan bildirirlər ki, bu hadisə "növbəti dəfə hakimiyyətin Ermənistanda ictimai-siyasi fəaliyyətə nəyin bahasına olursa-olsun nəzarət etmək cəhdini aşkara çıxarır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti