Azərbaycan, Bakı, 20 mart /Trend/
Ali Radanın spikeri, həmçinin Prezident vəzifəsini icra edən Aleksandr Turçinov Ukraynanın Polşa, İsveç, Danimarka və Misirdəki səfirlərini vəzifələrindən azad edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, müvafiq fərmanlar Ukrayna Prezidentinin saytında dərc olunub.