Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə Twitter-ə çıxış yalnız məhkəmənin qərarı ilə açıla bilər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç deyib.
Onun sözlərinə görə, "Twitter" ona görə müvəqqəti bağlanıb ki, Türkiyə məhkəməsi dövlətçiliyə qarşı yönəldilmiş bəzi twit-ləri silməyi tələb edib.
Qeyd edək ki, martın 21-də Türkiyədə Twitter-ə çıxış qadağan edilib.