...

Bakıda Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin görüşü keçirilib (FOTO)

Siyasət Materials 2 Aprel 2014 16:41 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bakıda Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin görüşü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş əsnasında ölkələrimiz arasındakı əlaqələrin mövcud səviyyəsindən razılıq ifadə olunub və siyasi, iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti