...

Berluskoni vergidən yayınma ittihamı üzrə bir il ictimai işlərə cəlb edilib

Siyasət Materials 15 Aprel 2014 16:15 (UTC +04:00)
Milanda Xüsusi tribunalın Hakimlər komissiyası İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni barəsində ev dustaqlığının tətbiqindən imtina edərək cəza forması kimi bir il müddətinə faydalı ictimai işlərə cəlb olunma barədə qərar çıxarıb.
Berluskoni vergidən yayınma ittihamı üzrə bir il ictimai işlərə cəlb edilib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Milanda Xüsusi tribunalın Hakimlər komissiyası İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni barəsində ev dustaqlığının tətbiqindən imtina edərək cəza forması kimi bir il müddətinə faydalı ictimai işlərə cəlb olunma barədə qərar çıxarıb. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Yaxın vaxtlarda 77 yaşlı siyasətçinin çalışacağı sosial strukturun adı açıqlanacaq.

Qeyd edək ki, ötən il avqustun 1-də İtaliyanın ən yüksək məhkəmə instansiyası olan Kassasiya məhkəməsi vergi ödəməkdən boyun qaçırdığına və kölgə fondlarının yaradılmasına rəhbərlik etdiyinə görə sabiq siyasətçiyə dörd il həbs və siyasətlə məşğul olmağa iki illik qadağa şəklində hökm çıxarmışdı. Ancaq sabiq Baş nazir barmaqlıqlar arxasına düşmədi. İtalyan qanunvericiliyinə əsasən, yaşlı insanları ağır olmayan cinayətlərə görə həbsxanaya salmırlar.

S.Berluskonidən pasportu alınıb və ona İtaliya ərazisini tərk etmək qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti