...

Turçinov Krımı işğal olunmuş ərazi elan etdi

Siyasət Materials 28 Aprel 2014 15:22 (UTC +04:00)
Ukrayna Prezidenti səlahiyyətlərinin icraçısı, Ali Radanın sədri Aleksandr Turçinov "Ukraynanın müvəqqəti işğal edilmiş ərazisində vətəndaşların hüquq və azadlıqlarının təmini və hüquqi rejim haqqında" qanunu təsdiq edib.
Turçinov Krımı işğal olunmuş ərazi elan etdi

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Ukrayna Prezidenti səlahiyyətlərinin icraçısı, Ali Radanın sədri Aleksandr Turçinov "Ukraynanın müvəqqəti işğal edilmiş ərazisində vətəndaşların hüquq və azadlıqlarının təmini və hüquqi rejim haqqında" qanunu təsdiq edib. Trend-in məlumatına görə, bu barədə UNİAN Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

Qanunun mətnində deyilir: "Qanun Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində müvəqqəti işğal olunmuş ərazinin statusunu müəyyən edir, həmin ərazilərdə xüsusi hüquqi rejimi bərqərar edir, dövlət və yerli özünüidarə orqanlarının, müəssisələrin, təşkilatların belə rejim şəraitində fəaliyyətini, vətəndaşların hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni hüquqi maraqlarını müəyyən edir".

Qanuna görə, Krım və Sevastopol şəhəri, Ukraynanın daxili suları və ərazi dənizi, ərazi dənizinin daxilində sualtı sahə və Krımın və Sevastopol şəhərinin hava məkanı Ukraynanın müvəqqəti işğal edilmiş ərazisidir.

Ali Rada aprelin 15-də "Ukraynanın müvəqqəti işğal edilmiş ərazisində vətəndaşların hüquq və azadlıqlarının təmini və hüquqi rejim haqqında" qanunu qəbul edib. Bu qərarın lehinə 273 deputatdan 228-i səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti