...

Azərbaycan XİN-də Seyşel Respublikasının sabiq Prezidenti ilə görüş keçirilib

Siyasət Materials 29 Aprel 2014 20:22 (UTC +04:00)
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdə olan Seyşel Respublikasının sabiq Prezidenti ser Ceymz R.Mançam Kbe arasında görüş keçirilib. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan XİN-də Seyşel Respublikasının sabiq Prezidenti ilə görüş keçirilib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdə olan Seyşel Respublikasının sabiq Prezidenti ser Ceymz R.Mançam Kbe arasında görüş keçirilib. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Artıq üçüncü dəfədir ki Azərbaycana səfər edən keçmiş Prezident ölkə rəhbərliyinin fəaliyyətini və ölkəmizdə müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirdiyini bildirib.

Sabiq Prezident ilk dəfə ölkəmizə 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı müşahidəçi qismində gəldiyini və səfəri zamanı gördüklərindən təsirlənərək rəhbəri olduğu "Hind okeanı və Ərəb dənizinin səsi" jurnalının 2013-cü ilin dekabr ayında işıq üzü görmüş Milad bayramı ilə əlaqədar xüsusi buraxılışında Azərbaycan Prezidenti İlham Əliyev ilin adamı elan edilib. Azərbaycan Prezidentinə həsr olunmuş məqalədə növbəti dəfə ölkə rəhbəri seçilən cənab İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə yoxsulluğun aradan qaldırılması istiqamətində yüksək nailiyyətlərin əldə olunduğu və 2020-ci ilə qədər ümumdaxili məhsulun həcminin iki qat artırılmasının hədəfləndiyi xüsusi vurğulanıb.

Görüş zamanı ölkələrimiz arasında xüsusilə turizm sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük potensial olduğu vurğulanıb, digər sahələrdə də əməkdaşlığın gücləndirilməsinin zəruriliyi qeyd edilib və iki ölkə arasında mütəmadi şəkildə məsləhətləşmələrin aparılması perspektivləri müzakirə olunub.

R.Mançam, həmçinin 2017-2018-ci illər üçün ölkəsinin Afrika qrupu olaraq BMT Təhlükəsizlik Şurasında təmsil olunması üçün müraciət edəcəklərini, seçiləcəkləri halda Azərbaycanın sözügedən beynəlxalq təşkilatdakı təcrübəsindən faydalanmaq niyyətində olduqlarını və ölkəmizin mövqeyini dəstəkləyəcəklərini bildirib. O, Seyşel Respublikasının Prezidenti Ceymz Mişelin bununla əlaqədar məktubunu Xarici İşlər Nazirliyinə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti