...

Mehmet Müəzzinoğlu: Türkiyədə ölüm cəzası bərpa edilə bilər

Siyasət Materials 2 May 2014 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə ölüm cəzası bərpa edilə bilər. Bu barədə ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Haber7" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, hazırda Türkiyənin dövlət orqanları ölkədə ölüm cəzasının bərpası məsələsinə baxırlar.

Nazir qeyd edib ki, o, bunu zəruri hesab edir. Çünki son iki ay ərzində Türkiyənin müxtəlif şəhərlərində 4 uşaq zorlanıb və qətlə yetirilib.

Türkiyədə ölüm cəzası 2004-cü ildə Aİ-yə daxil olmaq üzrə keçirilən islahatlar çərçivəsində ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti