Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əliyev/
"Avropa ilə iqtisadi əlaqələr də diqqət mərkəzindədir, çünki Avropa ölkələri bizim birinci ticarət tərəfdaşlarımızdır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandla birgə keçirdiyi mətbuat konfransında jurnalistin "Ukrayna böhranı Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşmasına hansısa bir təsir göstərərmi?" sualını cavablandırarkən deyib.
Prezidentin sözlərinə görə, əlbəttə ki, enerji təhlükəsizliyi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər Avropa qurumları tərəfindən dəstəklənir: "Biz çox səmərəli, gözəl əməkdaşlıq yaratmışıq. Bizim ümumiyyətlə, xarici siyasətlə, yaxud daxili siyasətlə bağlı olan addımlarımıza heç bir kənar tərəf təsir edə bilməz. Azərbaycan müstəqil dövlətdir, müstəqilliyi hər şeydən üstün tutur və müstəqillik imkanlarından çox səmərəli şəkildə istifadə edir. Biz iqtisadi sahədə, siyasi sahədə islahatlar aparırıq və siyasi islahatlar iqtisadi islahatlar qədər bizim üçün önəmlidir".
Prezident İlham Əliyev: Azərbaycanın xarici, daxili siyasətinə heç bir kənar tərəf təsir edə bilməz
"Avropa ilə iqtisadi əlaqələr də diqqət mərkəzindədir, çünki Avropa ölkələri bizim birinci ticarət tərəfdaşlarımızdır".